Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 08:10
Ukrayna Beynəlxalq Ədalət Məhkəməsindən Rusiyanın iki beynəlxalq konvensiyanı pozduğunu tanımasını tələb edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, Ukrayna Rusiyanın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğunu vurğulayıb.
Həmin pozuntuya görə Kiyev Moskvadan maliyyə təzminatı tələb edib.
Rusiya tərəfi bu iddialara uyğun olaraq rəsmi mövqeyini iyunun 14-də təqdim edəcək.