Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 16:20
"Özü haqda heç vaxt düşünmürdü. Ancaq hamı üçün nəsə etmək istəyirdi. Ona görə o günə qaldı. İndi orada yatmalı deyildi, nə qədər işi, fikri, ürəyində sözü var idi".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözlıəri mərhum Xalq artisti Ramiz Əzizbəylinin xanımı Zümrüd Əzizbəyli "O üz" verilişinə danışarkən deyib. O, sənətçinin son günlərindən danışıb:
"Heç nə edə bilmədim. Ölümündən iki il ötəcək, sakit ola bilmirik. Səhəri onunla açılır, axşam da onunla yatırıq. Axıra yaxın lap xəstə oldu. Heç hərəkət edə bilmirdi. Biz onu görə bilmədik. Gətirdilər, yola saldıq. Nə sözümü deyə bildim... Ancaq onun yaşamağını istəyirdim, əvvəldən mədə-bağırsaq xəstəliyi var idi. Çox əziyyət çəkdi, möhkəm ağrıları var idi. Ona baxmayaraq hər yerə gedirdi, birinci planda işi idi. Universitetdə dərs deyirdi, tələbələrinə ata kimi qayğı göstərirdi. Sol əli ilə yazmaq öyrənirdi, onunla hekayələr yazırdı. Məşğul idi".