Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH-ın gecə hücumu: artilleriya zərbələri endirdi

SEPAH-ın gecə hücumu: artilleriya zərbələri endirdi

Tarix: 13 Iyun 2023 19:44

İyunun 12-də SEPAH Kürdüstan əyalətinin Sərvabad şəhərinin yaxınlığında yerləşən Kosalan dağı və ətraf bölgələrə artilleriya zərbələri endirib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kürdüstan İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda SEPAH qüvvələrinin Rezab kəndinin yüksəkliklərini bombardman etdikdən sonra bir neçə buldozeri əraziyə topladığı bildirilib.

Həmçinin, gecə saat 22 radələrində SEPAH qüvvələrinin toplaşdığı bölgədə güclü partlayış səslərinin eşidildiyi qeyd edilib.

Qeyd edək ki, son günlər SEPAH qərb sərhədlərinə çox sayda ağır və yüngül hərbi texnika və canlı qüvvə toplayaraq, bölgədə ciddi təhlükəsizlik tədbirləri görür.


Etiketlər:  SEPAH gecə hücumu artilleriya zərbələri endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ