Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

Tarix: 14 Iyun 2023 21:02

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.

Milli.Az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.

Bu gün həmçinin Əli Seyidəlili bürünc medal qazanıb. 51 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib.

Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda polşalı Suzanna Horbiki 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) Avropa üçüncüsü olublar.

Milli.Az


Etiketlər:  Azərbaycanlı güləşçi Avropa çempionu oldu


RƏYLƏR