Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Səsi yoxdur, özünə “ulduz” dedizdirir”

“Səsi yoxdur, özünə “ulduz” dedizdirir”

Tarix: 17 Iyun 2023 03:05

"Musiqi biliyimin potensialı qədər heç vaxt şansım olmayıb. Şans o insanlar da olub ki, bir balaca səslə baxın görün nələr edirlər".

Milli.Az olay-a istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Brilliant Dadaşova "Xəbər ətər" verilişində deyib.

O, şanssız olduğunu dilə gətirib:

"Səs, nəfəs, heç nə yoxdur, oxunan mahnılar iki notdan ibarətdir, amma özlərinə "ulduz" dedizdirirlər. O şansdır. Musiqi biliyimə görə, heç vaxt şanslı olmamışam. Sadəcə sənətimin gücünə ayaq üstdə dayana bilmişəm. Ən çox mənim yollarıma sədd çəkənlər olub, ən çox mənə "qırmızı işıqlar" yanıb. Ən çox mənim ayağımın altı qazılıb, şər-böhtan atılıb. Hər şeyin ən çoxunu mən görmüşəm. Bunlar məni həvəsdən salmayıb. Bu, həyat kredomtur. Musiqiçiyəm, buraya kənardan gəlməmişəm. Sonradan fikirləşməmişəm ki, bir mahnı oxuyum, musiqiçi olum. Mən belə doğulmuşam, bu işi, sənəti bilirəm. Mən yox, amma ətrafımdakılar - bacılarım əsəbiləşir, yoldaşım məyus olur. Mən isə özümü çox güclü hiss edirəm. Mənim üçün bu hərəkətlər çox aşağıdadır - yol kəsmələr filan... Harasa mən getməliyəm, yerimə başqasını aparıblar, çünki "adamı" olub. İnsanlardakı pis xislətlər mənə o qədər təəccüblü gəlirdi ki...".

Milli.Az


Etiketlər:  Səsi yoxdur özünə ulduz dedizdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ