Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 09:46
Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar hazırlanır. Bu qaydaların nə vaxtdan qüvvəyə minməsi ilə bağlı hər hansı məlumat yoxdur.
Sonxeber.net bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda proses müzakirə mərhələsindədir. Qanun qüvvəyə mindikdən sonra isə dəqiq tarix bəlli olacaq:
"Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan bütün addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hesablanıb.
Qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Hazırda layihə üzərində müzakirələr aparılır. Qanun qəbul edildikdə qüvvəyə minmə tarixi göstəriləcək".