Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2023 08:30
Zaporojye vilayətinin zəbt olunmuş ərazisindəki yaşayış məntəqələrində rus əsgərləri əlavə nəzarət-buraxılış və filtrasiya məntəqələri qurublar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"Düşmən tərəfindən işğal olunmuş Ukraynanın cənubunu tərk edən bütün mülki şəxslər Donetsk vilayətinin Manquş və Novoazovsk şəhərlərində yerləşən filtrasiya məntəqələrindən keçməyə məcbur olurlar. Filtrasiya tədbirləri zamanı vətəndaşların əşyaları və sənədləri diqqətlə yoxlanılır, bundan əlavə, barmaq izləri götürülür", - Baş Qərargahın məlumatında qeyd olunub.