Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 13:08
Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədov məhkəmə qarşısına çıxarılıb.
Sonxeber.net "Qafqazinfo"ya xəbər verir ki, Kəngərli Rayon Məhkəməsində keçirlən iclasda Sərvin Məmmədov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, ilkin ifadəsində özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib.
Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S. Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi-2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.