Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” düşərgəsindən son xəbər - Ciddi itkilər var

“Qarabağ” düşərgəsindən son xəbər -  Ciddi itkilər var

Tarix: 24 Oktyabr 2019 18:16

Avropa Liqasının qrup mərhələsinin 3-cü turun bu gün APOEL-lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itkilər var.

Qol.az-ın xəbərinə görə,  zədəsini  yenicə sağaltmış Xayme Romero yenidən sıradan çıxıb. Son məşqlərin birində zədələnən ispaniyalı yarımmüdafiəçi  bugünkü matçı buraxacaq.

Komandanın aparıcı üzvlərindən olan Mahir Əmrəlinin də oyuna çıxıb-çıxmayacağı bəlli deyil. Bir müddətdir zədədən əziyyət çəkən hücumçunun Nikosiya təmsilçisi ilə görüşün start heyətində yer almayacağı isə dəqiqdir.

Yarımmüdafiəçi Filip Ozobiç və müdafiəçi Faysal Rerrasın isə zədə səbəbindən bu oyunu buraxacağı bəlli idi.

Qeyd edək ki, Tofiq Bəhramov adıan Respublika stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.
 


Etiketlər:  Qarabağ düşərgəsindən xəbər Ciddi itkilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ