Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: Batiskafda partlayış olub!

Ekspert: Batiskafda partlayış olub!

Tarix: 23 Iyun 2023 08:30

"Titan" batiskafının korpusu çox güman ki, çöküb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə rusiyalı məşhur okeanoloq, "Mir" sualtı qayıqlarının yaradıcılarından biri Anatoli Saqaleviç deyib.

"Korpus dağıldı, təbii ki, insanlar da öldü. Aparatın içindəki hava pnevmatik partlayışa səbəb olub və nəticədə hər şey məhv olub, insanlardan da heç nə qalmayıb", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Sahil Mühafizəsi batiskafın qəzaya uğradığını və ekipaj heyətinin həlak olduğunu təsdiqləyib.


Etiketlər:  Ekspert Batiskafda partlayış olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ