Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 15:44
Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
Bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.
""Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib", - məlumatda deyilir.
Qeyd edək ki, "Günay Sığorta"nın nizamnamə kapitalı 11,1 milyon manatdır.