Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna bu ərazini azad etdi

Ukrayna bu ərazini azad etdi

Tarix: 26 Iyun 2023 14:36

Ukraynanın cənubunda 130 kvadrat kilometr ərazi işğaldan azad olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, həmçinin şərq istiqamətindəki vəziyyət barədə danışıb.

Nazir müavinin sözlərinə görə, Ukrayna hərbçiləri şərqdə irəliləməyə davam edir.

A.Malyar deyib ki, Liman, Baxmut, Avdeyevka və Maryinka şəhərləri istiqamətində şiddətli döyüşlər gedir:

"Son bir həftə ərzində bu ərazilərdə 250-yə yaxın toqquşma olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukrayna bu ərazini azad etdi


RƏYLƏR