Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 12:58
Türkiyə Əsrində ölkəmiz yeni yüksəliş mərhələsinə keçib.
Sonxeber.net TurkicWorld-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə bağlı yayımlanan təbrik mesajında deyib.
Türkiyə Prezidenti onu da qeyd edib ki, Türkiyə Əsri gerçəyə çevriləcək.
"Bundan sonra bütün gücümüzü və vaxtımızı Türkiyənin inkişafına, millətimizin tələblərinin qarşılanmasına sərf edəcəyik. Millətimizə söz verdiyimiz kimi, ilk il ərzində 319 min olmaqla, ümumilikdə, 50 min evi zəlzələ qurbanları üçün tamamlamaqda qərarlıyıq", -deyə o əlavə edib.
O, həmçinin, Türkiyə xalqının Qurban bayramını təbrik edib.