Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ordumuzun separatçılara zərbəsi göstərdi ki… - Politoloq

Ordumuzun separatçılara zərbəsi göstərdi ki… - Politoloq

Tarix: 29 Iyun 2023 11:48

Pilotsuz uçuş aparatlarımız yenə iş başındadır. Dronlarımız vasitəsilə bu dəfə separatçılara zərbələrin çətinliyi ondadır ki, düşmənin yeri dəqiq müəyyənləşməlidir, çünki bölgədə Rusiya hərbi kontingentinin postları da var. Ancaq dünənki zərbələrimiz və separatçıların itkiləri göstərir ki, biz bu çətinliyi adlamışıq.

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün apardığı "Qisas" əməliyyatı çərçivəsində erməni separatçıların mövqelərinə zərbələrini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlıları da erməni separatçılara yardım edə bilməyəcək:

"Erməni separatçılar anlayırlar ki, artıq onların bölgədə gizlənəcək yerləri azdır, istənilən məntəqələri hədəf götürülə bilər. Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti bunun qarşısını ala bilməyəcək. Bu gedişat separatçıların tərk-silah olunmasını aktuallaşdırır, əksi dron zərbələrinin və ünvanlı antiterror əməliyyatların sayının artmasına gətirib çıxaracaq".

Milli.Az


Etiketlər:  Ordumuzun separatçılara zərbəsi göstərdi ki Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ