Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramana qəsəbəsində yol təmiri niyə yarımçıq aparılıb? - VİDEO

Ramana qəsəbəsində yol təmiri niyə yarımçıq aparılıb? - VİDEO

Tarix: 29 Iyun 2023 14:46

Suraxanı rayonu, Ramana qəsəbəsinin əsas yolu asfaltlanıb, ara küçələrdə isə iş aparılmayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Samir Əliyev küçəsinin sakinləri bir həftə əvvəl yolda aparılmış təmirdən narazıdırlar.

Onlar deyirlər ki, uzun illər idi əsas küçədə asfalt qatı yararsız halda idi. Bir həftə əvvəl təmir aparıldı, amma ara küçələrdə bu işlər icra edilmədi.

Sakinlərin sözlərinə görə, qışda yağış yağanda ara küçələrdə hərəkət etmək mümkün olmur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə təmir işləri tam yekunlaşmayıb. Vəd edildi ki, yararsız vəziyyətdə olan küçələr də yaxın vaxtlarda asfaltlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ramana qəsəbəsində təmiri niyə yarımçıq aparılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ