Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 16:26
Əks-hücum başlanğıc mərhələsindədir və siz dünən Ukraynanın müdafiə nazirinin dediyini eşitdiniz, görünür, onlar hələ də qüvvələrinin əsas hissəsini bu hücuma cəlb etməyiblər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Moskvanın daxili parçalanmaları, "Vaqner" qüvvələrinin artıq cəbhə xəttində olmaması Ukraynaya kömək edə bilər. Çünki Priqojinin dəstəsi təsirli idi. Putinin öz işidir, amma bunun təsiri var. Ona görə də hesab edirəm ki, burada Ukrayna üçün müəyyən imkanlar mövcuddur", - Blinken qeyd edib.