Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araik özü Bakının tələbini dedi: əgər təslim olmasa…

Araik özü Bakının tələbini dedi: əgər təslim olmasa…

Tarix: 1 Iyul 2023 12:18

Xankəndidəki separatçıların "başçısı" Araik Bakının onlardan nələr tələb etdiyini açıqlayıb. 

Milli.Az Axar.az-a istinadən bildirir ki, o, qeyd edib ki:

- İnteqrasiyadan başqa heç bir mövzu müzakirə edilə bilməz: Araik deyir ki, iki il cəhdlər edib, lakin heç bir nəticəsi yoxdur, Bakının tələbi konkretdir;

- Qondarma "müdafiə ordusu" buraxılmalı, silahlı dəstələr tərkisilah edilməli, təslim olmalıdır;

- "Dövlət idarəetmə sistemi" - separatçı rejim ləğv edilməlidir: bundan sonra onların kommunal xidmətləri təmin ediləcək və bu, Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda olacaq.

Rəsmi Bakının Qarabağ iqtisadi rayonu ilə bağlı proqramı bəllidir, Araikin dedikləri də bunun "ikinci mənbədən" təsdiqi deməkdir. Hərçənd, Araik təslim olmaq niyyətində olmadıqlarını da deyir, "özünümüdafiəyə və güclü olmağa" çağırır. Onların təslim olmaması Bakının proqramında dəyişikliyə səbəb olmayacaq, sadəcə olaraq, silahlı dəstələrin tərkisilah edilməsini, separatçı rejimin ləğv olunmasını ordu həyata keçirəcək.

Milli.Az


Etiketlər:  Araik özü Bakının tələbini dedi əgər təslim olmasa


RƏYLƏR