Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Tarix: 25 Oktyabr 2019 11:16

Bakı. Kəmalə Məmmədli - Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında AMB-nin sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə bu ilin dekabrın 13-də baxılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Bank uçot dərəcəsini azaldıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ