Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan etiraf: Ruslar burada üstündür!

Ukraynadan etiraf: Ruslar burada üstündür!

Tarix: 3 Iyul 2023 11:58

Rus hərbçiləri Odessaya 100 dəniz milindən az məsafədə yaxınlaşmağa qorxurlar. Hələlik Ukrayna qoşunları ilə ruslar arasında 25 min kvadrat kilometr ərazini əhatə edən "boz zona" var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neijpapa deyib.

Onun sözlərinə görə, indi Qara dənizin bu hissəsində düşmən hava məkanında üstündür:

"Tammiqyaslı işğalın başlanğıcında Rusiya donanmasının potensialı Ukraynanın potensialından qat-qat böyük idi. Lakin dövlətimiz yerində durmayıb, donanma qurub. Xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təsdiq edilmiş raket proqramlarının həyata keçirilməsi bunun bariz nümunəsidir. Onların həyata keçirilməsi sayəsində Ukraynanın "Neptun" raket sistemi yaradıldı".

Milli.Az


Etiketlər:  Ukraynadan etiraf Ruslar burada üstündür


RƏYLƏR