Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 21:52
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.
Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.