Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada rəsmi şəxslər və parlamentarilər tərəfindən irqi nifrət xarakterli çıxışlar artmaqdadır

Fransada rəsmi şəxslər və parlamentarilər tərəfindən irqi nifrət xarakterli çıxışlar artmaqdadır

Tarix: 5 Iyul 2023 10:36

Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib: "Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək".


Etiketlər:  Fransada rəsmi şəxslər parlamentarilər tərəfindən irqi nifrət xarakterli çıxışlar artmaqdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ