Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 08:16
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasına Ukraynaya qarşı müharibə aparmağa kömək edən 18 şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Zelenski Telegramda məlumat verib.
"Dövlətimizin yeni sanksiya addımı. Terrorçu dövlətin potensialı ilə əlaqəli olan 18 quruma qarşı məhdudiyyətlər tətbiq edilir. Mən bu gün müvafiq sərəncam imzaladım", - deyə prezident bildirib.
Sanksiyaya məruz qalan şirkətlərin siyahısına aşağıdakılar daxildir: ABH Holdings SA, ABH Ukraine Limited, AlfaStrakhovanie Holdings Limited və s.
Bu şirkətlərin bəziləri Britaniyanın Virgin adaları və Kiprdə qeydiyyatdan keçib.
Sanksiyalar 10 il müddətinə tətbiq edilib.