Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 15:50
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə baş tutan toyda illərdir küsülü olduğu Günel Zeynalovanın yer almasına mane olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, türk mediası baş verən hadisədən yazıb. Onlar Günelin "Ebru Gündeş ruzimi kəsdi" sözlərini yazıblar. Qeyd edilib ki, bir gecədə səhnə alması planlaşdırılan Genelin çıxışına Ebru əngəl olub.
Yazıda iki ifaçı arasında illərdir iş adamı Reza Zarraba görə qaşanan qalmaqalın bitmədiyi vurğulanıb.
Qeyd edək ki, Günel Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zarrabla nişanlı olub. İş adamı Günelə Ebru ilə xəyanət edib. Uzun illərdir ifaçılar arasındakı küsülülüyün səbəbi də budur.