Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 03:04
Yollarda qaydaları kobud şəkildə pozan bəzi motosiklet və moped sürcüləri ağır qəzalara səbəb olurlar.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında motosiklet və moped sürücüləri tərəfindən törədilən qayda pozuntularını təhlil edib.
Mərkəzin ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri kuryer kimi çalışan sürücülərin sifarişləri ünvana daha tez çatdırmaq istəməsidir.
Cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.
Ömər Xıdırov qeyd edib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalarda ölüm halları da qaçılmaz olur.
Qeyd edək ki qaydaları pozan motosiklet və moped sürücülərinə qarşı 40 manat cərimə tətbiq edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.