Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 15:57
Bakı. Rufiz Hafizoğlu - Trend:
Azərbaycana dəstəyimizi göstərmək üçün Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak etdik.
Trend-in məlumatına görə, bunu Türkinin Xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Azərbaycanın belə əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi çox önəmlidir və mən həm Azərbaycan xalqını, həm də Prezident İlham Əliyevi bu münasibətlə təbrik edirəm.
“Biz Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik”- deyə, M.Çavuşoğlu bildirib.
O vurğulayıb ki, Qoşulmama Hərəkatının XVIII Bakı Zirvəsı zamanı bir sıra əhəmiyyətli görüşlər keçirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilir. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının bügünkü görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Sabah da davam edəcək Zirvə Görüşü hazırda işini ümumi debatlarla davam etdirir.
Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin