Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 10:55
"Bir çox insanların burunlarında çəpər əyriliyi olur. Belə olanda da nəfəs almaqda çətinlik çəkirik. İllər əvvəl burnumdakı çəpər əyriliyini əməliyyat vasitəsi ilə aradan qaldırmışam. Amma burnumun öz formasına toxunulmayıb. Ondan sonra rahat nəfəs almağa başladım və səs tellərimə artıq yük düşmür".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Sənətkar bildirib ki, cavan yaşda olsaydı belə, plastik əməliyyat etdirməzdi:
"Mən bundan başqa heç bir plastik əməliyyat keçirməmişəm. Axı estetik əməliyyat mənim nəyimə lazımdır? Cavan da olsaydım, əməliyyat etdirməzdim. Pəhrizimi saxlayıb, vaxtı-vaxtında idman edərdim".
Proqramın aparıcısı Elgiz Əkbərin "Bəlkə sizin boyun hissənizdə olan sallaqlığı plastik əməliyyat vasitəsi ilə dartdıraq?" sualına İbadova "Nəyimə lazımdır? Heç ehtiyac yoxdur. Tamaşaçı məni belə də görüb, belə də sevib" cavabını verib.