Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobilini gizlincə idarə etdiyi üçün atası Şəbnəmə sillə vurub - VİDEO

Avtomobilini gizlincə idarə etdiyi üçün atası Şəbnəmə sillə vurub - VİDEO

Tarix: 10 Iyul 2023 12:50

Müğənni Şəbnəm Tovuzlu kiçik yaşlarında atasının avtomobilini ondan xəbərsiz idarə etdiyini açıqlayıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu barədə sənətçi qonaq olduğu "Özəl" verilişində deyib. 

Həddən artıq maşınlara həvəsinin olduğunu bildirən Şəbnəm deyib ki, 11 yaşında valideyninin qırmızı rəngli "011" markalı avtomobilini "otverka" ilə açaraq nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib: 

"O zaman 11 yaşım var idi. Atam öz qucağında məni otuzdurub maşın sürməyi öyrətmişdi. Artıq hər şeyi bilirdim. Tək və ərkəsöyün böyümüşəm. Çox dəcəl uşaq olmuşam. Az qalırdı ki, ayağımdan tutub zəncirə bağlasınlar. Atamın ilk silləsi 11 yaşımda olub. Yay ayları idi. Atamın avtomobilini "otverka" ilə açmışdım. Açar olmadığından sükan arxasındakı iki "şnur"u bir-birinə toxundurub avtomobili iş salmışdım". 

Şəbnəm bildirib ki, qohumları onun müğənni olmasına üsyan qoparsalar da, atası isə onun musiqi təhsili almasına dəstək çıxıb: 

"Nənəmlə anam heç musiqi məktəbinin yanından keçməyə icazə vermirdi. Nəslimiz və ailəmiz böyük idi. Nəsildə bir tək müğənni mən idim. Qohumlarımızın hamısı ali savadlı insanlardır. Heç kim müğənni olmağımı istəmirdi. Bir tək atam mənə dəstək oldu və məni xəlvət musiqi məkəbinə yazdırdı. Orada təhsil aldım və bunu heç kim də bilmədi". 

Qeyd edək ki, Ş.Tovuzlunun iki öladı var - Günel adlı qızı və Əli adlı azyaşlı oğlu. 

Milli.Az


Etiketlər:  Avtomobilini gizlincə idarə etdiyi üçün atası Şəbnəmə sillə vurub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ