Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb

Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb

Tarix: 25 Oktyabr 2019 16:48

Bakı. Trend:

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskva vilayətindəki “Skolkovo” texnoparkında Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.

Trend-in məlumatına görə, D.Medvedev azərbaycanlı həmkarına yeni vəzifədə uğurlar arzulayıb.

Rusiyalı nazir iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb:

“Onu demək kifayətdir ki, bu ilin səkkiz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 25 faiz artıb. Bu, digər MDB ölkələri ilə müqayisədə ən yaxşı göstəricidir”.

Öz növbəsində Ə.Əsədov ümidvar olduğunu bildirib ki, “Skolkovo” innovasiyalar mərkəzində yaradılan layihə və innovasiyalar ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əsaslarda istifadə olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ