Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexlər bədbindir: Ukrayna qalib gəlməyəcək

Çexlər bədbindir:  Ukrayna qalib gəlməyəcək

Tarix: 11 Iyul 2023 02:34

Çexlərin təxminən yarısı hesab edir ki, Ukraynanın əks-hücum əməliyyatı Rusiyanın təcavüzünə tez bir zamanda son qoymağa kömək etməyəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Radiojurnal" üçün keçirilən sorğuda deyilir.

Sorğuda iştirak edən çexlərin 47%-i Ukraynanın əks-hücumunun müharibənin daha tez bitməsinə kömək edəcəyini gözləmir. Belə bir bədbin fikri ən çox 59 yaşdan yuxarı əhali, orta təhsilli insanlar bildiriblər.

Digər tərəfdən, çexlərin təxminən üçdə biri, yəni 31%-i əks fikirdədir. Bu mövqeyi universitet tələbələri, SPOLU və PirSTAN hakim koalisiyasının seçiciləri və Prezident Petr Pavelin seçiciləri vurğulayıblar.

Milli.Az


Etiketlər:  Çexlər bədbindir Ukrayna qalib gəlməyəcək


RƏYLƏR