Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır

Azərbaycan Prezidenti: Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır

Tarix: 11 Iyul 2023 18:42

Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri barədə Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük". Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.


Etiketlər:  Azərbaycan Prezidenti Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ