Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiktokla bağlı bu xəbərlər həqiqət deyil

Tiktokla bağlı bu xəbərlər həqiqət deyil

Tarix: 12 Iyul 2023 14:32

TikTok-da ölümlə nəticələnən xəbərlər həqiqəti əks etdirmir.

Alabama ştatının xilasetmə qrupunun rəhbəri ştatda TikTok"challenge"i səbəbindən qayıqdan tullanaraq ölüm hadisəsi olmadığını bildirib.

Childersburq Xilasetmə Qrupunun kapitanı Cim Dennis qeyd edib ki, son altı ayda qayıqla gəzinti təhlükəsizliyinin pozulması səbəbindən dörd ölüm faktı ilə bağlı verilən açıqlamalar kontekstdən çıxarılaraq təhrif olunub.

"Son altı-səkkiz ay ərzində dörd boğulma hadisəsi yaşadıq (Çaydersburq Xilasetmə Qrupunun qarşılaşdığı) və onlardan bəziləri sadəcə boğulma idi", -  deyə Cim Dennis vurğulayıb.

Alabama Hüquq-Mühafizə Agentliyi yaydığı bəyanatda da ölüm hadisələrinin TikTok-la əlaqəsinin olmadığını bildirib.

Milli.Az


Etiketlər:  Tiktokla bağlı xəbərlər həqiqət deyil


RƏYLƏR