Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 21:35
TRT1 kanalında yayımlanan "Sən türkülerini söyle" adlı şouda maraqlı anlar yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, layihənin ilk buraxılışında iştirak edənlərdən biri Ceren Ayça Sevim Azərbaycan xalq mahnısı "Ay Laçın"ı oxuyub. Həmin an arxa ekranda Azərbaycan bayrağı nümayiş etdirilib.
Cerenin ifası münsiflərin xoşuna gəlib. Amma buna baxmayaraq iştirakçı növbəti mərhələyə keçə bilməyib. İfadan sonra aparıcı Turqay Başyaylan II Qarabağ müharibəsindən, Laçının işğaldan azad olunmasından bəhs edib.
Qeyd edək ki, aparıcılığını Turqay Başyaylanın etdiyi yarışmada münsif kürsüsündə Cengiz Özkan, Aysun Gültekin, Emre Yücelen, Öykü Gürman və İsmayıl Altunsaray oturub.