Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın daha bir generalı müharibədə öldü

Rusiyanın daha bir generalı müharibədə öldü

Tarix: 13 Iyul 2023 07:56

Ukrayna Silahlı Qüvvələrinin Berdyanska raket hücumu nəticəsində Cənub Hərbi Dairəsinin komandirinin müavini vəzifəsini icra edən general-leytenant Oleq Tsokov ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramının efirində bildirib.

Parlamentari xatırladıb ki, 2022-ci ildə Tsokov ağır yaralanıb və səhhətinə görə xüsusi hərbi əməliyyat zonasına qayıda bilməyib. 
Rusiya Müdafiə Nazirliyi hələlik Tsokovun ölümü ilə bağlı açıqlama verməyib.

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Berdyansk şəhərinə endirdiyi raket zərbəsi iyulun 11-i axşam saatlarında məlum olub. "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, hücum "Storm Shadow" raketləri ilə həyata keçirilib.

Yarım saatdan sonra Ukrayna hərbçilərinin Berdyanska ikinci zərbəsi endirilməsi barədə məlumat peyda olub. Raketlərin əksəriyyəti dəniz üzərindən hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bununla belə, şəhər müəssisəsinin ərazisində zərbə qeydə alınıb.

Milli.Az


Etiketlər:  Rusiyanın daha generalı müharibədə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ