Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan bölgəni ekoloji terrora məruz qoyur - VİDEO

Ermənistan bölgəni ekoloji terrora məruz qoyur - VİDEO

Tarix: 13 Iyul 2023 15:48

Ermənistanın Arazdəyən kəndində metaləritmə zavodunu inşa etməsi yolverilməzdir. Azərbaycan Naxçıvanla sərhədin 500 metrliyində törədiləcək ekoloji cinayətlə barışmaq niyyətində deyil.Çünki bu ciddi təhlükələrə səbəb olacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu "Yaşıl Dünya" Ekoloji maarifləndirmə ictimai birliyinin sədri Elman Cəfərli deyib.

O bildirib ki, beynəlxalq konvensiyalara əsasən, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması mütləq qonşu ölkələrlə razılaşdırılmaldır. Ermənistan da bu qaydalara əməl etməlidir. Onun sözlərinə görə, Ermənistan özünün də imza atdığı transsərhəd konteksində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il ESPO Konvensiyasını kobud şəkildə pozub.

"Ruzgar" Ekoloji ictimai birliyinin sədri İslam Mustafayev isə bildirib ki, Araz çayı həmin zavoddan çıxan zəhərli maddələrlə çirkləndirilə bilər. Bununla yanaşı, havaya buraxılan kimyəvi maddələr ətraf mühitin flora və faunasını məhv edəcək, atmosfer ekoloji terrorla üz-üzə qalacaq. Havanın çirklənməsi yaxınlıqda yaşayan insanların sağlamlığına da ciddi zərər vuracaq.

İslam Mustafayev əlavə edib ki, Ermənistanın bu məkrli hərəkətinin qarşısını almaq üçün bütün imkanlardan istifadə olunmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ermənistan bölgəni ekoloji terrora məruz qoyur VİDEO


RƏYLƏR