Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 00:32
Kimisi dəmir dirəklər basdırıb, kimisi zəncirləyib, bir başqası isə fərqli üsula əl atıb. Nəticədə avtomobil yolu və ya səki zəbt olunub.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu cür vəziyyətlə Bakının müxtəlif küçələrində rastlaşmaq olar. Belə ki, bəzi iaşə obyektlərinin sahibləri bu vasitə ilə küçə və səkiləri ya qanunsuz parklanma yerinə çevirib, ya da ərazidə hərəkəti məhdudlaşdırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, ümumi istifadədə olan yol, səki və parklanma yerlərindən istifadə hər kəs üçün bərabər və əlçatan olmalıdır. Belə ərazilərin zəbt olunması, giriş-çıxışının bağlanması qanunla qadağandır.
Ekspertin sözlərinə görə, bu cür qanun pozuntularına görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək cərimə oluna bilərlər.
"Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək istəsək də, suallarımız cavablandırılmadı."
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.