Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Klinikaya direktor təyin edildi

Yeni Klinikaya direktor təyin edildi

Tarix: 14 Iyul 2023 17:46

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.

TƏBİB-dən Milli.Az-a verilən xəbərə görə, xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub.

Barat Yusubov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.

2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.

Milli.Az


Etiketlər:  Yeni Klinikaya direktor təyin edildi


RƏYLƏR