Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 13:44
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Qırğızıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 87,6 faiz artaraq 131,6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Qırğızıstana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,1 faiz azalaraq 20,9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.