Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysel uzun fasilədən sonra qayıdır

Aysel uzun fasilədən sonra qayıdır

Tarix: 17 Iyul 2023 16:50

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) illər sonra yeni mahnı ifa edib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin rus dilində oxuduğu bəstə "Воплощение мечты" adlanır. Bəstənin söz və musiqisi Aytən Əliyevaya məxsusdur. 

Aysel bildirib ki, mahnı yaxın günlərdə işıq üzü görəcək. 

Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Onun üç övladı var. Aysel ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. O, uzun fasilədən sonra ötən ilin dekbarında "Yeni il" adlı mahnı təqdim edib. 

Milli.Az


Etiketlər:  Aysel uzun fasilədən sonra qayıdır


RƏYLƏR