Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu dəfəki Brüsselin özəllikləri, İlham Əliyevin "5"-i, kükrəyən geosiyasi qısqanclıqlar.....Aydın Quliyev yazır...

Bu dəfəki Brüsselin özəllikləri, İlham Əliyevin

Tarix: 17 Iyul 2023 21:51

Brüsseldəki sayca 6-cı üçtərəfli görüş mümkün qədər qısa müddətdə sülh sazişinin imzalanmasına nail olmaq üçün daha qətiyyətli inam göstərmək, nəticəyə hədəflənmək və daha çoxsaylı məsələləri masaya yatırmaq nöqteyi- nəzərindən əvvəlkilərdən fərqləndi.Şarl Mişelin açıqlamalarında gələcək üçün daha optimist gözləntilərin olduğunu gördük.Onu da görmək mümkündür ki, Avropa qurumları ,eləcə  də Brüssel formatı daha böyük nəticələr əkdə etməyə köklənib və hazırkı  təşəbbüsü sonadək əldən vermək niyyətində deyil. Cənab Mişelin Vaşinqton müzakirələrinin ruhunu daha da gücləndirmək ovqatında olduğu  da təqdirəlayiq görüntülər sırasındadır. Bütün bunlar deməyə əsas verir ki  , rəsmi Brüssel və Vaşinqton Azərbaycan- Ermənistan normallaşma prosesini sonadək öz eqidası altında aparmaqda israrlıdır, bu qərarlılığa mane ola biləcək hər cür cəhdlərə açıq müqavimət göstərmək iqtidarındadır.Bir sözlə, Vaşinqton və Brüssel formatlarının öz çərçivələrində indiyədək nail olduqları  nəticələri müdafiə etmək qətiyyətləri aydın  hiss olunur.Xüsusilə Moskvanın bu nəticələrə mane olmaq, sülh  prosesini öz formatı çərçivəsinə salmaq kimi səylərinə müqavimət göstəriləcəyi şübhəsizdir.

Əlbəttə , Azərbaycan hər hansı sülh müzakirə formatını idealizə etmir .Moskva,Vaşinqton, Brüssel formatları arasında seçim etmir . Azərbaycan prezidenti beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nəticələri müstəsna hədəf kimi seçdiyini daim bəyan edir. Bu hədəfə çatmaq üçün prosesə ən yaxşı dəstək  hansı formatdan gələcəksə və gəlirsə ,Azərbaycan onu daha məqbul sayacaq.Bunun  Rusiya, ya Qərb formatl olacağı Azərbaycan üçün fərq etməz.Bu, Azərbaycan dövlətinin və prezidentin dəyişməz mövqeyidir.

15 iyul Brüssel görüşündə çoxlu məsələlər müzakirə olundu.Hamısı haqda açıq mediaya məlumat verilib.Gizli müzakirə mövzuları demək olar ki, yoxdur.Bütün əvvəlki üçtərəfli Brüssel formatı çərçivəsindəki müzakirə mövzularının hamısını sadalamaq gərək deyil.Delimitasiya, sülh sazişi, komunikasiyaların açılması, qarşılıqlı etimad  quruculuğu və sair kimi məsələlər üçtərəfli Brüssel formatının işə düşdüyü 2021- ci ilin 15 dekabrından başlayaraq bütün görüşlərdə müzakirə olunan daimi mövzulardı.Lakin 15 iyul Brüssel görüşü həm də indiyə qədər görünməmiş mövzuların müzakirə gündəminə daxil edilməsilə xarakterikdir.

Beləliklə , Brüssel görüşendə  ənənəvi müzakirə olunmuş mövzulardan əlavə, həm də tam yeni müzskirə olunmuş  mövzular hansılardı?

Şərti olaraq sıralasaq, son Brüssel görüşünün gündəminə çıxarılmış azı 5 yeni mövzudan danışa bilərik, hansılara ki, əvvəlki beş Brüssel görüşündə ümumən yer ayrılmayıb.

1.Xankəndidəki  rus hərbiçilərinin və sadə erməbilərin  alternativ təminat vı humanitar yük yolu olaraq Bərdə -  Ağdam yolundan istifadə.Bu mövzu iyunun 15- dən sonrakı proseslərin kontekstində meydana çıxıb.Ermənilərin Laçın yolunda Azərbaycan bayraqdarlarını atəşə tutması və Qızıl Ayparaçıların avtomobillərindən qaçaqmalçılıq üçün istifadə rtmələrindən sonra Azərbaycan Laçın yolunu ümumən bağlamaq zorunda qaldı.Axı Xankəndidəki ermənilərə və rus əsgərlərinə təminat vasitələri çatdırmaq lazımdır.Bəs nə etməli? Yenə çıxış yolunu Azərbaycan təkluf etdi .Sübut etdik ki, Azərbaycan yol kəsən deyil, yenə alternativimiz  var .Azərbaycan rəhbərliyi Bərdə - Ağdam dəmiryolunu təklif etdi.Bütün parametrlərə görə bu yol Yerevan - Gorus -laçın - Xankəndi yolundan çox sərfəlidir.Məhz buna görədir ki,  Brüssel formatının başbilənləri bu yeni yolun xüsusi müzakirəsini məqbul saydılar.Bu hələ məsələnin hamısı deyil.Daha dolğun mahiyət odur ki, iyunun 15- dən sonrakı cəmi 1 ay ərzində meydana çlxmış bu yeni yolun məsələsini Azərbaycan çətinliklə olsa da, çox mötəbər dünya tribunasının müzakirəsinə çıxara bildi.Bunun İlham Əliyev üçün böyük diplomatik məharət olduğu  ilə mübahisə etmək istəyənlər  olsa, buyurib , arqumentlərini müzakirəyə təqdim etsinlər.Qətiyyətlə demək olar ki, bu , İlham Əliyevin böyük başarısı oldu.

2.Xankəndi ermənilərinin Azərbaycan konstitusiyasının təmunatı altında yaşaması mövzusunun müzakirəsi  Brüssel formatının şərti ikinci yeniliyidir, bu da tamamilə yeni məsələdir.Mayın 14- də baş tutmuş bundan əvvəlki Brüssel görüşündə cənab Mişelin  sözləri yəqin unudulmayıb.Onun sözlərini yenidən yada salaq- " Azərbaycana təklif etdim ki, keçmiş Dağlıq Qarabağın erməni əhalisinin hüquqları mövzusunda  beynəlxalq ictimaiyyətlə əməkdaşlıq yoluna əsaslanan müsbət gündəm təklif etsin".Bilirsiniz ermənilər bu fikirdəki " beynəlxalq" sözünü nə qədər fırlatdılar?! " Buna ermənilərin "raskrutkası  " da deyilə bilər.Cəmi 2 ay əvvəl fərqli şeylər  demiş  cənab Mişel indi nə söylədi?Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasının təminatı altında yaşamasının mümkünlüyünün müzakirə olunduğunu dedi.Bilirsinizmu bu nə qədər böyük irəliləyişdir və bu irəliləyişin arxasında Azərbaycan Prezidentinin fövqəladə əhəmiyyətli  fəaliyyəti dayanır.

3.Qarabağda hələ də qalan erməni silahlılarının məsələsi.Bu mövzu da Brüsseldə prinsipcə yeniləşdirilmiş məzmunda nüzakirə olundu.Belə ki,  İndiyə qədərki görüşlərdə məsələ Qarabağdakı qanunsuz silahlıların  ölkədən çıxarılması  kimi qoyulurdu .Bu dəfə müzakirə mövzusu təkmilləşdirildi .Təkcə ölkədən çıxarılmaları yox ,həm də tərksilah olunmaları məsələsi müzakirə olundu.Bunlar kardinal fərqli şeylərdi.Söhbət onların ölkədən çıxarkən silahları özləri ilə aparmalarından yox, həmin silahları Azərbaycan dövlətinə təhvil vermələrindən gedir.

4.Laçın yolundakı qaçaqmalçılıq faktlarının müzakirəsi Brüssel formatının müstəsna özəlliklərindən biridir.Baxın, Azərbaycan prezidenti böyük çətinliklərlə indiyə  kimi sübut etdi ki, ermənilər Laçın yolu ilə humanitar yük adı altında silah daşıyır.Azərbaycan prezidenti bu sözləri deyəndə şübhə ilə soruşanlar var idi ki, doğrudanmı belədir? Bu, sübut olundu.Sonra nə baş verdi? Aprelin 23- də Azərbaycan Laçın yolunda KPP tətbiq edəndən sonra ermənilər  Qızıl Ayparanın maşınlarından Xankəndinə gizli silah daşınması üçün istifadə etdilər və iyunun son bir həftəsində Azərbaycan Qırmızı Xaçın qaçaqmalçılıqda bilmədən iştirakçı olduğu faktlarını  ortaya qoydu, Xaç bütün bunları qəbul və etiraf etdi .Deməli, İlham Əliyevin əvvəlcə ermənilərin Laçın yolunda sülhməramlıların əli ilə, sonra isə Qırmızı Xaçın əli ilə silah daşıdığını sübuta yetirməsi Etmənistanı da, Brüsseli də fakt qarşısında qoydu.Bir daha təsdiqlənir ki, Laçın yolunda qamaqmalçılıq faktlarının Brüssel formatında müzakirəyə çıxarılması Azərbaycan prezidentinin sadəcə uğuru yox, həm də Brüssel formatının tarixi üçün qürurverici faktdır..

5.Brüssel formatında Qərbi azərbaycanlıların vətənə qayıdışının müzakirəsi də bu format üçün müstəsna əhəmiyyətli yenilikdir.Həm də hər kəs bilməlidir ki, Brüsseldə məsələ " ermənilər Bakıya, qərbi azərbaycanlılar Ermənistana qaytarılsın" kontekstində qoyulmayıb.Məsələ sadəcə Qərbi azərbaycanlıların məsələsi kimi qoyulub ki, bunun da içərisində gələcəkdə Azərbaycana böyük manevr imkanları açacaq məsələlər var.

Təkcə bu 5 yenilik Brüssel formatına qarşı geosiyasi qısqanclıqların kükrəməsi üçün kifayətdir...

Bu nöqteyi- nəzərdən Rusiya XİN- in 15 iyul bəyanatına ayrıca toxunmaq lazımdır...

Milli.Az


Etiketlər:  Bu dəfəki Brüsselin özəllikləri İlham Əliyevin 5 i kükrəyən geosiyasi qısqanclıqlarAydın Quliyev yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ