Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ali məktəblərə ixtisas seçimi belə aparılmalıdır - Ekspert rəyi - VİDEO

Ali məktəblərə ixtisas seçimi belə aparılmalıdır - Ekspert rəyi - VİDEO

Tarix: 18 Iyul 2023 03:28

Ali məktəblərə ixtisas seçiminə sayılı günlər qalıb. Bu məqamda abituriyentlər daha diqqətli olmalı, düzgün seçim etməli, yüz ölçüb - bir biçməlidirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, seçiləcək ixtisaslar toplanan bala uyğun olmalıdır. Arzu olunan ixtisas üzrə ayrılan plan yerinə diqqət yetirmək də ən önəmli məqamlardan  biridir.

Təhsil eksperti Sevinc Purkeştasib deyir ki, abituriyentlər seçdikləri ixtisasları 1-dən 15-ə kimi pilləli şəkildə qeyd etməlidirlər. Keçidi topladıqları baldan yüksək olan ixtisasları da yaza bilərlər. Ancaq bu məqam maksimum diqqətli yanaşma tələb edir.

Ekspertin sözlərinə görə, abituriyentlərin əmək bazarında çox yer ayrılmış ixtisasları seçmələri daha məqsədəuyğundur. Bu onların gələcəkdə işlə təmin olunması üçün önəmlidir. Seçilən universitet də gələcək üçün böyük əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ali məktəblərə ixtisas seçimi belə aparılmalıdır Ekspert rəyi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ