Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torpaq sürüşməsi: 10 nəfər öldü

Torpaq sürüşməsi: 10 nəfər öldü

Tarix: 18 Iyul 2023 21:12

Kolumbiyanın Quetame qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, həyatını itirənlər arasında 6-10 yaş arası 3 uşağın da olduğunu qeyd edib.

Sürüşmə nəticəsində 20 ev dağılıb, ərazidəki körpülərə, avtomobillərə və yollara ciddi ziyan dəyib.

Kolumbiya Prezidenti Qustavo Petro hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Milli.Az


Etiketlər:  Torpaq sürüşməsi 10 nəfər öldü


RƏYLƏR