Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşib

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşib

Tarix: 18 Iyul 2023 23:08

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, Estoniya klubu "Flora" ilə Polşa təmsilçisi "Rakuv" birincilərin meydanında cavab görüşünə çıxıblar.

Səfərdə 0:1 hesabı ilə məğlub olan "Flora" Tallində bunun revanşını ala bilməyib. Rəqibini səfərdə də üstələyən (3:0) "Rakuv" növbəti raunda yüksəlib.

"Qarabağ" bu mərhələdə Cəbəllütariq çempionu "Linkoln"u keçsə, "Rakuv"a rəqib olacaq. "Qarabağ" - "Linkoln" cütünün qalibi II raundda ilk görüşünü iyulun 25-də və ya 26-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariqdəki ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Qarabağın potensial rəqibi müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ