Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə “aclıq”dan toy edirlər - VİDEO

Xankəndidə “aclıq”dan toy edirlər - VİDEO

Tarix: 19 Iyul 2023 16:16

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhəri və ətraf ərazilərdə separatçı-terrorçu ermənilərin "humanitar fəlakət" bəhanəsi ilə "oturaq aksiya" şousu davam edir.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, Xankəndinin mərkəzi meydanından "aksiya" keçirdiyi iddia edilən insanların əslində istirahətə çıxdığı, uşaqların isə əyləndiyi məlum olur.

Eyni zamanda Xankəndi və ətrafında "aclıq çəkdiyi" iddia edilən əhalinin toy etdiyi, restoranların səhərə qədər çalışdığını əks etdirən videolar da yayılır - baxmayaraq ki, separatçı-terrorçu dəstənin "parlamentinin mətbuat katibi" eyş-işrət məclislərindən video yaymamağı, bu videoların aparılan təbliğatı puç etdiyini bildirən çağırışı da olmuşdu.

Xatırladaq ki, Xankəndidə "humanitar fəlakət" olduğunu iddia edən erməni separatçı-terrorçular Azərbaycanın Ağdamdan istənilən qida və digər zəruri tələbat mallarını tədarük etmək barədə təklifini qəbul etmirlər. Əksinə, ötən gün Ağdam-Əsgəran yoluna beton plitələr düzərək, mümkün qida təchizatını əngəlləməyə çalışıblar.

"Aclıq çəkən" hansı insan və icma belə addım atar?


Etiketlər:  Xankəndidə aclıqdan edirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ