Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Bədəlov: “Atam sağ olsaydı, müğənni olmazdım” - VİDEO

Emil Bədəlov: “Atam sağ olsaydı, müğənni olmazdım” - VİDEO

Tarix: 20 Iyul 2023 01:25

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda dünyasını dəyişən atasından söz açıb. 

Bədəlov bildirib ki, atası yaşasaydı, onun müğənni olmasına icazə verməzdi: 

"Atam Namiq Bədəlov mənim altı yaşım olanda dünyasını dəyişib. O da müğənni olub. Atam sağ olsaydı, mən müğənni olmazdım. Onun sənətini yadigar olaraq davam etdirirəm. Elə məqamlar olur ki, deyirəm ki, bu sənət mənlik deyil. Amma Allaha çox şükür ki, o mənə bu sənəti bəxş edib ki, ailəmi və balalarımı dolandıra bilirəm".

Milli.Az


Etiketlər:  Emil Bədəlov Atam sağ olsaydı müğənni olmazdım VİDEO


RƏYLƏR