Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda sürücü yaşlı qadını avtobusa buraxmadı - VİDEO

Bakıda sürücü yaşlı qadını avtobusa buraxmadı - VİDEO

Tarix: 21 Iyul 2023 13:48

Bakıda 199 nömrəli avtobusun sürücüsü yaşlı qadınının kartında pul olmadığı üçün onu avtobusa buraxmayıb.

Milli.Az bildirir ki, bununla bağlı görüntülər "Xəzər Xəbər"in vatsap ünvanına göndərilib.

Hadisə zamanı digər sərnişinlər buna etiraz etsə də sürücü fikrindən daşınmayıb. Hətta içi dolu avtobusu dəqiqələrcə hərəkət etdirməyib.

Bəs 40 qəpiyə görə axşam saat 11-də yaşlı qadını avtobusa buraxmamaq düzgündürmü? Təbii ki, yox. İnsani tərəfdən baxanda vicdan incidən görüntüdür. Amma hüquqi tərəfdən necə?

Qeyd edək ki, Azərbaycanda bir sıra şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququ var. Hazırda müntəzəm marşrut avtobuslarından 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər pulsuz istifadə edirlər. Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu kateqoriyaya daxil olmayan insanlar gedişhaqqı ödəməlidirlər.

Belə məqamda təkcə sürücünün yox, digər sərnişinlərin də vicdanı və rəftarı önəmlidir. Düzdür, kiminsə kiməsə borcu yoxdur, amma insanlıq borcu hər şeydən öndə gəlir axı.

Xatırladaq ki, dünyanın bir çox ölkələrində bəzi şəxslərin ictimai nəqliyyatdan istifadə zamanı gedişhaqqından azad olunması qaydaları mövcuddur. Misal üçün, Rusiyada təqaüdçülər şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Bizdə isə təqaüdçülərlə bağlı hansısa bir qanun mövcud deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Bakıda sürücü yaşlı qadını avtobusa buraxmadı VİDEO


RƏYLƏR