Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib - FOTO

Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib - FOTO

Tarix: 21 Iyul 2023 20:39

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarını dadıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Milli.Az


Etiketlər:  Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib FOTO


RƏYLƏR