Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2023 23:42
Siyasəti hədəf alan zorakılıq bütün aspektlərdən işıqlandırılacaq.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabından paylaşım edib.
"HUDAPAR-ı Adana İl Başçısı Salih Dəmir və İl katibi Sacit Pişginə hədəf alan vəhşi hücumu qınayırıq. Hücumda həyatını itirən Sacit Pişginə Allahdan rəhmət, yaralı Salih Dəmirə isə şəfa diləyirik. Siyasəti hədəf alan zorakılıq bütün aspektlərdən işıqlandırılacaq" - deyə paylaşımda qeyd olunub.
Məlumat üçün qeyd edək ki, bu gün HÜDA-PAR Adana qərargahına hücum edilib.
Hücum zamanı partiyanın Adana vilayət sədri Salih Dəmir ağır yaralanıb, baş katib Sacit Pişgin isə hücum zamanı həyatını itirib.