Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 07:28
Ukrayna Silahlı Qüvvələrinin hücumunun yeni mərhələsi iyulun sonuna planlaşdırılıb və avqustun ortalarına qədər davam edəcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi qüvvələrini cəbhə xəttində cəmləşdirməkdə davam edir, əks-hücumun yeni mərhələsi üçün ehtiyatlar hazırlayır və sahələri təmizləyir.
Roqov əlavə edib ki, Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Dnepr çayını Enerqodara doğru keçməyə və ikinci cəbhə xəttini açmağa cəhd edə bilər.