Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 22:22
İspaniyanın paytaxtı Madrid şəhərində son 10 gündə anomal istilər səbəbindən 700-dən çox insan həyatını itirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Qeyd olunub ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.
Havanın yüksək temperaturu səbəbindən İspaniyanın bir sıra bölgələrində qırmızı həyəcan səviyyəsi tətbiq edilib. Belə ki, bölgədə havanın temperaturu +44 dərəcəyə çatır.