Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan MN bu məlumatı təkzib etdi

Qazaxıstan MN bu məlumatı təkzib etdi

Tarix: 30 Iyul 2023 13:48

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edərək, bu texnikanın üçüncü ölkənin mülkiyyəti olduğunu və təmir üçün Rusiya Federasiyasına gətirildiyini qeyd edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi geniş bəyanat yayıb.

"Qazaxıstan hərbi texnikasının guya Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir. Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mətbuat xidməti xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.


Etiketlər:  Qazaxıstan məlumatı təkzib etdi


RƏYLƏR